Рудигер Хауффе назначен главным тренером сборной Азербайджана по академической гребле, с ним был заключён контракт: "6+6" месяцев. Несколько дней назад 52 летний Рудигер ознакомился с положением в азербайджанской гребле. Он наблюдал за проводимым в Мингечауре 12-14 сентября Первенством Азербайджана. Немецкий специалист официально вступит в должность 1 октября. Первоначальными планами главного тренера будут подготовка сборной к проводимым в 2009 году "Кубок Президента" (г. Мингечаур) и регате "Дон" (г. Ростов). По результатам данных соревнований, будет решён вопрос о его дальнейшей работе в федерации.
Р.Хауфф родился 6 мая 1956 года. Он начал свою карьеру гребца в 1971г в спорт клубе "Магдебург". Через 3 года стал чемпионом мира среди юношей. В 1979г он окончил карьеру спортсмена и стал тренером. Он был главным тренером различных немецких клубов и подготовил много именитых спортсменов. Один из его спортсменов - Мануела Лутзе в 1988г на Сеульских летних Олимпийских играх, а также на чемпионате мира того же года завоевал достойное место.
В 2006г Р.Хауфф стал главным тренером сборной Ирана по академической гребле. С 1 мая 2007г он стал тренером мужской сборной Ирана по академической гребле.
В 1996 был удостоен награды от Немецкой Федерации гребли. Знает немецкий, английский, русский.
Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. Azərbaycan Milli Avarçəkmə Federasiyası almaniyalı Rüdiger Hauffe ilə 6 ay + 6 ay şərti ilə müqavilə bağlayıb. 52 yaşlı mütəxəssis bir neçə gün öncə Azərbaycana gələrək, ölkəmizin avarçəkmə infrastrukturu ilə tanış olub. O, 12 – 14 sentyabrda Mingəçevirdəki “Kür” Təlim-Tədris Mərkəzində keçirilmiş akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyini izləyib. Almaniyalı mütəxəssis vəzifəsinin icrasına rəsmən oktyabrın 1-dən başlayacaq. Yeni baş məşqçinin ilk işi yığmamızı 2009-cu ilin martında Mingəçevirdə təşkil olunacaq “Prezident kuboku” və apreldə Rusiyanın Rostov şəhərində keçiriləcək “Don” reqatasına hazırlamaqdan ibarət olacaq. Komandamızın həmin yarışlardakı çıxışlarına əsasən, onun sonrakı mötəbər turnirlərdə millimizin sükanı arxasında qalıb-qalmayacağına dair qərar qəbul ediləcək. Qeyd edək ki, R.Hauffe 6 may 1956-cı ildə anadan olub. O, idmançı kimi aktiv avarçəkmə karyerasına 1971-ci ildə “Maqdeburq” İdman Klubunda başlayıb. 3 il sonra gənclər arasında dünya çempionu olub. 1979-cu ildə idmançı karyerasını bitirib və məşqçilik fəaliyyətinə start verib. O, Almaniyanın müxtəlif klublarının baş məşqçisi kimi yığma komandaya layiqli idmançılar hazırlayıb. Yetirmələrindən biri – Manuela Lutze 1988-ci il Seul Yay Olimpiya Oyunlarının və dünya çempionatının mükafatçısı olub. Bir neçə yetirməsi isə gənclər arasında dünya çempionatlarında fərqlənib. 2006-cı il avqustun 10-da R.Hauffe İranın akademik avavçəkmə üzrə milli komandasına baş məşqçi təyin olunub. 1 may 2007-ci ildə isə o, fəaliyyətini İranın kişilərdən ibarət akademik avarçəkmə yığmasının məşqçisi kimi davam etdirib. 1996-cı ildə Almaniya Akademik Avarçəkmə Federasiyasının mükafatına layiq görülüb. Alman, ingilis və rus dillərini bilir.
amaf.az |